Perfect Logistics

Əməkdaşlığa hazırıq

Haqqımızda...
“PERFECT LOGISTICS” Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Hocəsən yolu 59G ünvanında yerləşən anbar və ofis binasında bir çox logistika xidmətləri təklif edir. Biz müştərilərimizin məhsullarının anbar saxlanılması və buna dair xidmətlərin göstərilməsini təklif edirik.Komanda olaraq fəaliyyətimizdə müəyyən təcrübənin olması baxımından müştərilərimizə etibarlı xidmətin göstərilməsinə və hər müştəriyə özəl yanaşmaya zəmanət veririk. Anbar ərazisinin kömrük orqanına yaxın yerləşməsi xüsusi önəm daşıyır. Yəni gömrük prosedurları aparıldıqdan sonra istənilən vaxt malların anbara çatdırılmasında vaxt mıəhdudiyyətləri yoxdur.

Anbar İdarəetmə Sistemi

Anbar İdarəetmə Sistemi inventarların hərəkətini optimallaşdırmaqla anbar əməliyyatlarını asanlaşdıran proqramdır. O, yalnız inventar izləyir, həm də inventarın yerləşdirilməsi, yığılması, qablaşdırılması və göndərilməsi proseslərini təmin edir.

Resursların optimal istifadəsi

Anbarda mövcud sahənin maksimum idarə edilməsi üçün, WMS, inventarın saxlanmasını və işçilərin hərəkətini optimallaşdırmaqla resurslardan ən yaxşı şəkildə istifadə etməyə kömək edir.

Daha sürətli göndərmə

Ehtiyatların səmərəli yerləşdirilməsini planlaşdırmaq və həyata keçirməklə, WMS əşyaların yerləşdirilməsi, seçilməsi, qablaşdırılması və göndərilməsi üçün sərf olunan vaxtı azaldır. Bu, daha sürətli çatdırılma və artan müştəri məmnuniyyəti ilə nəticələnir.

STELAJ SİSTEMİ

Anbar ərazisinin kömrük orqanına yaxın yerləşməsi xüsusi önəm daşıyır. Yəni gömrük prosedurları aparıldıqdan sonra istənilən vaxt malların anbara çatdırılmasında vaxt mıəhdudiyyətləri yoxdur.

SƏLİQƏLİ ANBAR ƏRAZİSİ

Anbarın daxili ərazisi, sistematik olaraq ayda iki dəfə müvafiq qurum tərəfindən dezinfeksiya edilir.

İSTƏNİLƏN ŞƏRTLƏRƏ UYĞUNLUQ

Anbardakı bütün malların parametlərə uyğun olaraq inventarlaşdırılması aparılır. Bizdə saxlamaqla Sizin mallarınızın etibarlı əllərdə olmasına tam əmin ola bilərsiniz.

SOYUDUCU ANBARI

Mərkəzin ərazisində müasir tələblərə və standartlara cavab verən, Türkiyənin bu sahədə aparıcı şirkətlərindən olan "Frigo Mekanik"tərəfindən soyuducu anbar fəaliyyət göstərir.

STOREX

Mövcud 21 kameradan 10 ədədi meyvələri atmosfer kontrol sistemində uzun müddət saxlamağa imkan yaradır. Yəni kameraya yerləşdirilən meyvələr oksigenin 1,5-2,5%-ə qədər azaldılmış şəraitdə 6-7 müddətində saxlanılmasına imkan yaradır ki, bu da Hollandiyanın “Storex” firması tərəfindən təmin edilmişdir.

KAMERALAR

Mövcud kameralar yüksək səviyyədə hermetikləşdirilmişdir. Bu da kameralarda temperaturun, rütubətin stabil saxlanılmasına zəmin yaradır.

ALMA ÇEŞİDLƏMƏ

Soyuducu anbarda alma çeşidləmək üçün İtaliyanın "UNISORTING" şirkəti tərəfindən xətt quraşdırılmışdır, hansı ki, bir saata 2,5 tonn almanı yuyub çeşidləməyə imkan verir.

Soyuducu Anbar Sistemi...

Atmosfer kontrol olan kameraların tam hermetikliyini təmin etmək məqsədi ilə, qapılar Hollandiyanın "SALCO" şirkəti tərəfindən quraşdırılmışdır.

AVADANLIQ

Soyuducu anbarın aqreqatları Avropa mənşəyli olaraq, Almaniyanın "BITZER" şirkətinə aiddir.