Mərkəzin ərazisində müasir tələblərə və standartlara cavab verən, Türkiyənin bu sahədə aparıcı şirkətlərindən olan "Frigo Mekanik"tərəfindən soyuducu anbar fəaliyyət göstərir.
Mövcud 21 kameradan 10 ədədi meyvələri atmosfer kontrol sistemində uzun müddət saxlamağa imkan yaradır. Yəni kameraya yerləşdirilən meyvələr oksigenin 1,5-2,5%-ə qədər azaldılmış şəraitdə 6-7 müddətində saxlanılmasına imkan yaradır ki, bu da Hollandiyanın “Storex” firması tərəfindən təmin edilmişdir.
Mövcud kameralar yüksək səviyyədə hermetikləşdirilmişdir. Bu da kameralarda temperaturun, rütubətin stabil saxlanılmasına zəmin yaradır.